Üç qat dünya çempionumuzdan vəd: Hədəfim 2020-ci ildə Olimpiya çempionu olmaqdır

OXUNUB: 967 İDMAN

Üçüncü dəfə dünya çempionu oldum. Sevincimin həddi-hüdudu yoxdur. İlk dəfə bu ada 2014-cü ildə, ikinci dəfə isə 2015-ci ildə layiq görülmüşəm. Məni dəstəkləyən bütün insanlara təşəkkür edirəm.

İcmal.Az xəbər verir ki, bu fikirləri üçqat dünya çempionu Hacı Əliyev AZƏRTAC-a müsahibəsində söyləyib.

Hacı Əliyev deyib: "Üçüncü dəfə dünya çempionu olmağımda təkcə özümün deyil, məşqçilərimin, ailəmin də böyük əziyyəti olub. 26 yaşım var, karyeram hələ qabaqdadır. Növbəti hədəfim 2020-ci ildə Olimpiya çempionu olmaqdır. Bu, mənim ən böyük arzumdur”.

Güləş üzrə dünya çempionatına gələndə bilirdik ki, üzərimizə böyük məsuliyyət düşür. Biz çempionata gələndə qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edək. Hacı Əliyevin qələbəsi bütün xalqımızın qələbəsidir.

Bu fikirləri sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov deyib.

"Ard-arda sevinc hissləri yaşayırıq. "Qarabağ” futbol klubumuz çempionlar liqasına vəsiqə qazandı. Ardınca bu qələbə. "Qarabağ”ın qələbəsi bizə stimul verdi. Prezident İlham Əliyevin futbolçularımızla görüşünə baxdıq. Dövlətimizin başçısının söylədikləri bizi daha da ruhlandırdı. Azərbaycan Prezidentinə idmançılara göstərdiyi diqqət və qayğıya görə minnətdarıq”, - deyə F.Umudov bildirib.

İcmal.Az

 

RƏYLƏR