Üç rayonunun su təchizatı məhdudlaşdırılır

OXUNUB: 1313 İQTİSADİYYAT

Bu gün Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İcmal.Az verilən məlumata görə, Bakı şəhəri, Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.

Bununla əlaqədar oktyabrın 6-da, gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

İcmal.Az

RƏYLƏR