Cahangir Hacıyevin daha bir şirkəti üzə çıxdı –SƏNƏDLƏR

OXUNUB: 769 GÜNDƏM Özəl İQTİSADİYYAT
Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə bağlı olduqca maraqlı məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq bank prezidentinin xaricdə həyata keçirdiyi maliyyə əməliyyatlarından bir qismi barədə sənədləri yayımlayıb.  

O bildirib ki, yaydığı sənədlər Cahangir Hacıyevin Londondakı BERKELEY BUSINESS LIMITED şirkətinə məxsusdur. "Beynəlxalq Bankın keçmiş prezidenti arvadı Zamirə Hacıyeva üçün "Gulfstream Aerospace” korporasiyasından 2013-ci ildə 42,5 milyon dollarlıq "Gulfstream G550" təyyarəsini bu şirkət üzərindən sifariş edib. Müqaviləni BERKELEY BUSINESS LIMITED adından şirkətin hazırda Fransada yaşayan azərbaycanlı keçmiş direktoru Fərhad Rəhimov imzalayıb. O hazırda Fransadadaşınmaz əmlak şirkətinin sahibidir”.

Cavanşir Həsənli qeyd edib ki, bu məsələ ilə əlaqədar Fərhad Rəhimovla əlaqə saxlayıb. "Deyir ki, o sadəcə şirkətin icraçı direktoru kimi müqaviləyə imza atıb”.

Qeyd edək ki, sənədlərə görə "Gulfstream G550" təyyarəsinin sifarişi və pulun ödənişdən sonra, yəni 2016-cı ildə şirkətin 34.297.494 funt sterlinq (təxminən 75 milyon manat) aktivləri olub. Hacıyevlərin tək bir şirkətində rəsmi bəlli olanıdır bu məbləğ. "Bu oğurluqlardan uzun illər heç kimin "xəbəri olmayıb". Şirkəti hazırda Kostas NIKOLAOU adlı yunan Kiprinin vətəndaşı idarə edir. 2007-2010-cu illərdə şirkətin direktoru Azərbaycan Beynəlxalq Bankından iri məbləğdə kredit çıxarıb sonradan Londonda peyda olan Fransa vətəndaşı Xəqani Bəşirov, sonrakı illərdə Cahangir Hacıyevin ən yaxın adamlarından Dhirsingh JODHUN, Elmar Bağırzadə və Fərhad Rəhimov idarə edib”.

Onun sözlərinə görə, Fərhad Rəhimov bir müddət Zamirə Hacıyevaya məxsus Mill Ride Golf Club-un direktoru vəzifəsini də icra edib. "Zamirə Hacıyevaya məxsus MRGC 2013 LTD şirkəti (Qolf klubun idarəçiliyini həyata keçirir) hələ də aktivdir və hazırda icraçı direktoru rus əsilli İngiltərə vətəndaşı Marina Poliukhovadır”.
 img

 img

 img

 img
img
img
7News.Az

RƏYLƏR