Cahid İsmayıloğlu: “Paşinyan səfil erməni xalqına bir gün ağlaya bilməyəcək” Edit

OXUNUB: 769 SİYASƏT
"Peyda olduğu vaxtdan Rusiyanın vassalı olmuş bir dövlətin başına keçən Paşinyanın aqressiv, provakasiyaya çəkmək istəyindən doğan bu sözlərindən bəlli olur ki, o da yazıq, səfil erməni xalqına bir gün ağlaya bilməyəcək”.

BNEWS.az xəbər verir ki, bunu tanınmış gənc alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Cahid İsmayıloğlu Nikol Paşinyanın "Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib” sözlərinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, elə bu cür sərsəm fikirlərlə bədbaxt erməni xalqının başını qatmağa davam edəcəkdir: "Paşinyan özü də yaxşı bilir ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Ona görə o bundan sonra yalnız və yalnız dil əzələlərinin potensialindan istifadə edəcəkdir”.
 
İcmal.Az

RƏYLƏR