Cam balkon sistemləri, hansı növ cam balkonlar var?

OXUNUB: 1344 MARAQLI

Balkon hər bir evin vacib hissələrindən biridir. Bu gün eyvanlar Covid-19 pandemiyasının reallığı və evdə qalmağın vacib olduğu yerlərdə görülən tədbirlər kontekstində insanların evdə can sıxıcılığından qurtulmaq üçün bir yer olaraq istifadə olunur. Balkonlar həm iş günləri, həm də həftə sonları komendant saatı zamanı ciddi şəkildə əhəmiyyətli yerlərə çevrilmişdir. Keyfiyyətli bir cam balkon sahibi olmaq da balkona dəyər qatacaq şeylərdən biridir. Cam balkonlar sayəsində artıq eyvanlar yay aylarında istifadə olunan, qış aylarında isə tərk edilən məkan olmaqdan çıxacaqdır.

Cam Balkonların bir çox üstünlükləri vardır və bu üstünlüklərin əksəriyyəti qış aylarında eyvanların aktiv istifadəsini nəzərdə tutur. Ancaq bu üstünlüklər bununla məhdudlaşmır. İsti və qızmar yay günlərində günorta saatlarında eyvandan istifadə etmək çox çətin bir hal alır. Günəşin qızmar şüalarının vurduğu saatlarda keyfiyyətli cam balkonlar bu problemi aradan qaldırır və yay-qış aylarında eyvanların aktiv istifadəsini təmin edir.

Sürməli Kəndarlı və Kəndarsız Cam Balkon

Sürməli Kəndarlı və Kəndarsız Cam Balkon həyat keyfiyyətimizi artıran faydalılığı, dekorativliyi və digər bir çox faydalı funksiyaları ilə çox seçilən bir şüşə modelidir. İstənilən zaman açılan və istənilən zaman bağlanan şəffaf quruluşu və tətbiq olunan yerə qatdığı fərqli atmosferi ilə seçilən sistemə sahibdir. Əvvəllər yalnız evlərin eyvanlarında tətbiq olunsada, zamanla saysız-hesabsız sahələrdə sınaqlardan keçmiş və uzun illərdir istifadə olunmuşdur.

Bu cam balkon növünə niyə üstünlük verilir?

Sürməli Kəndarlı və Kəndarsız Cam Balkon pəncərələri hər iki istiqamətdə sağa və sola sürüşdürmə imkanı verən sistemə malik olması ilə yanaşı, ümumi görünüşə heç bir şəkildə maneə törətmir. Tətbiq sahəsini tozdan, küləkdən və müxtəlif hava şəraitindən qoruyur. Təhlükəsizlik baxımından oğurluq hadisələrinə qarşı sistemdən sistemə fərqli olan kilid xüsususiyyətləri var. Sürməli Kəndarlı və Kəndarsız Cam Balkon qiymətlərinin son dərəcə uyğun olması, bu məhsul növünə olan maraq və tələbatın davamlılığının olması üçün son dərəcə vacibdir.

Özündən pərdəli cam balkon

Özündən pərdəli cam balkon modellerinin günəş şüalarına məruz qalmasına baxmayaraq, məhsulun keyfiyyətinə və quruluşuna heç bir zərər dəymir. Çünki, məhsulun hazırlanmasında istifadə olunan materiallara kanserogen qatqılar daxil olmadığından dolayı, keyfiyyətli materiallar sayəsində hər bir hava şəraiti nəzərə alınmışdır. Məhsulun uzun müddət istifadəsini də vurğulayan məhz bu keyfiyyətli materiallardır. Səhvən olsa belə, məhsul zərbəyə məruz qaldığında qırılmayacaq və çatlamayacaqdır. İki qatlı şüşə qalınlığı burada aktivləşdiyindən dolayı, heç bir qırılma vəziyyəti yaşanmayacaqdır. Bununla yanaşı, şüşə səthi olduqca sürüşkəndir. Buda iti bir cisimlə şüşənin səthinın cızılması halında heç bir iz buraxmayacaqdır.

Qatlanan cam balkon

Qatlanan şüşəli balkonlar evlərimizdə və iş yerlərimizdə həyatımızı asanlaşdıran cam balkon məhsul növüdür. Qatlanan şüşəli balkon sistemləri həm rahat, həm də asan praktik funksiyalara malik olmaqla, maksimum dərəcədə yerləşdikləri məkana dekorativ bir görünüş verirlər. Soyuq havanın qarşını almaqla bərabər yer tutmur və tətbiq olunan ərazini küləkdən və tozdan qoruyur. Teraslarda, evlərin balkonlarında və iş yerlərində istifadəsi son dərəcə məqsədə uyğun və faydalıdır.

RƏYLƏR