Camış qəzaya səbəb oldu: Ölən var

OXUNUB: 802 HADİSƏ

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

İcmal.Az APA-ya istinadla xəbər verir ki, hadisə İmişli-Saatlı yolunda qeydə alınıb.

Hərəkətdə olan "Lada” markalı avtomobilin qarşısına camış çıxıb və maşın idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan sərnişin, Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Sevil Barat qızı Hacıyeva aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR