Cəbhədə erməni təxribatının qarşısı alınıb: Düşmən məhv edilib

OXUNUB: 1014 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə yaydığı məlumatı şərh edib. 

Nazirlikdən İcmal.Az-a daxil olan məlumata görə, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin bir hərbi qulluqçusu məhv edilib və iki hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

İcmal.Az

RƏYLƏR