"Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” - Layihə

OXUNUB: 534 SOSİAL
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Vətəndaş” Tədqiqat və İnkişaf İcitmai Birliyinin təşkil etdiyi "Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir Ağdamda keçirilib.

İcmal.Az xəbər verir ki, tədbirdə "Vətəndaş" Tədqiqat vəİnkişaf İctimai Birliyinin icraçı direktoru Günel Səfərova layihə barədə məlumat verib.
İşğal faktorunun uşaqların psixologiyasına vurduğu travma ilə bağlı valideynlərlə müzakirə aparılıb. Ağdam rayonun işğal olunmuş torpaqlarımızla sərhəd kəndlərdə yaşayan uşaqların daha çox nevroloji problemdən əziyyət çəkdiyi vurğulanıb. Həmçinin hamiləlik vaxtı ifrat stressden uşaqların kəllə daxili təyziq və ağır nevropatik göstərişli dünyaya gəlməsi ilə bağlı statistik məlumat verilib. Ağdam rayon sakinləri tibbi klinikalar və ya kənd kitabxanalarında psixoloqun fəaliyyətinin zəruri olduğunu qeyd ediblər. Həmçinin məlum olub ki, məktəblərdə psixoloq ixtisası ştat kimi nəzərdə tutulsa da faktiki mövcud deyil. Eyni zamanda psixoloqun tibbi klinikalarda dövlət hesabına fəaliyyətinin zəruriliyi vurğulanıb. Tədbirdə iştirak edən valideynlər xahiş edib ki, psixololoji gərginliyin yaratdığı xəstəliklərin müalicəsi üçün onlara dəstək göstərilsin.
Sonda iştirakçılara maarifləndirici buklet paylanılıb.










Edit
 
 

RƏYLƏR