Cəbrayıl Həsənov məğlub oldu - İslamiada

OXUNUB: 1102 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin yarışına start verilib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq tatamiyə Cəbrayıl Həsənov çıxıb.

74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimizin 1/8 finaldakı rəqibi iranlı Peyman Yarəhmədi olub.

Daha güclü çıxış edən rəqib növbəti mərhələyə yüksəlib - 1:3.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR