Cəbrayıl işğaldan 1 gün əvvəl: “Tibb bacısı üzümüzə gülə-gülə ermənilərə işləyirdi”

OXUNUB: 1191 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SİYASƏT

Sabah  Cəbrayılın  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24-cü ili tamam olacaq. Rayon 1993-cü ilin 23 avqustunda  işğal olunub.

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

İcmal.Az modern.az-a istinadən həmin vaxtlarda idman cəmiyyətinin sədri olan Ramiz İmanovun müsahibəsini təqdim edir. O, 1993-cü ilin 22 avqustunu ürək ağrısı ilə xatırlayır.

"Rayonu tərk etmək barədə düşünmürdük”

"Avqustun 22-si artıq Cəbrayılda tutqun ab-hava vardı. İnsanlar nə barədə düşünməyi belə unutmuşdular. Vəziyyət heç də yaxşı deyildi. Əslində, avqust ayının 15-nə qədər Cəbrayılda insanların əhvalı çox yaxşı idi. Heç kəs Cəbrayılı itirmək qorxusunu yaşamırdı. Amma ayın 15-də "Daşbaşı” postunun ələ keçirilməsi bütün ümidləri puç etdi. Rayonun qida və enerji problemi yox idi. Həm də yay vaxtı idi. İnsanların da çöhrəsində  təbəssüm vardı. Onlar rayonu tərk etmək barədə heç vaxt düşünmədilər. Sadəcə, qadınları və uşaqları aşağı kəndlərə köçürmüşdük. Hər kəs öz işində-gücündə idi”.

Qadının belini tövlədə qırıb, öldürmüşdülər... 

Müsahibimiz  bəzi dəhşətli hadisələrə şahidlik etdiyini deyir. Danışdıqca, qəhər onu boğurdu.

"O zamanlar idman cəmiyyətinin sədri idim. "Xudafərin” futbol komandasına başçılıq edirdim. Həmin vaxtlarda uşaqlardan 25 nəfər götürüb həftədə 2-3 dəfə posta gedirdik. Növbə çəkirdim. Həm də o vaxt komandir müavini kimi çalışırdım.

Səhərə qədər erməni postu ilə üz-üzə qalırdıq. Elə birinci dəfə "Daşbaşı” postunun ələ keçirilməsi ilə Cəbrayılın "beli qırıldı”. O hadisə yadıma düşəndə indi də özümə gələ bilmirəm. Postdakı əsgərlərimizin başını bədənindən ayırmışdılar. Birini də diri-diri yandırmışdılar. Bir hadisə də yadımdan çıxmır. Kənd qadınlarından birinin tövlədə belini qırıb, öldürmüşdülər. Bu cür dəhşətli hadisələrin şahidi olmuşam. İndi də danışdıqca əllərim əsir”.

"Düşmən tərəfi yaxşı silahlanmışdı”

Ramiz İmanovun sözlərinə görə, Cəbrayılın müdafiəsinə qoşulan könüllülər çox idi.

"Əldəqayırma toplarımız vardı. Onunla erməni hücumlarına qarşı müqavimət göstərməyə çalışırdıq. Halbuki o topla nə etmək olardı ki?! Yadımdadır ki, Cəbrayılın müdafiəsinə Azərbaycanın müxtəlif bölgələrindən - Qubadan, Qusardan Gəncədən xeyli könüllülər köməyə gəlmişdilər. Amma silahsız nə edə bilərdik ki! Düşmən tərəf çox yaxşı silahlanmışdı”.

"Daşnaksütyun” partiyasına pul ötürürmüş”

Cəbrayıldan olan məcburi köçkün həmin vaxt rayonda yaşayan iki ermənidən də söz açıb.

"Cəbrayılda cəmi 2 erməni vardı. Biri tibb bacısı, biri də çəkməçi idi. Roza adlı tibb bacısı üzümüzə gülə-gülə ermənilərə işləyirmiş. Bütün məlumatları düşmən tərəfə ötürürmüş. Bu illər ərzində Roza adlı erməninin nə işlər gördüyündən xəbərimiz olmayıb. Həmin erməni qadın "Daşnaksütyun” partiyasına Cəbrayıl kassasından pul köçürürmüş. Halbuki, özünü Cəbrayılda bilici kimi aparırdı”.

"Hümbətovun dəstəsi zorakılıq halları törədirdi”

Müsahibimiz Əlikram Hümbətovun dəstəsinin günahsız insanlara qarşı zor işlətdiyini ürək ağrısı ilə danışır.

 "Əlikram Hümbətovun dəstəsi Füzuli tərəfi qoruyurdu. Avqustun 8-də o, öz qoşunlarını Füzuli tərəfdən çəkir.

 

İcmal.Az

RƏYLƏR