Cəlilabadda avtomobilin vurduğu piyada komaya düşdü

OXUNUB: 589 HADİSƏ

Cəlilabad rayonunda piyadanın vurlması ilə nəticələnən yol qəzası baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Azərbaycan prospektində qeydə alınıb.

Belə ki, rayon sakini Zaur Sulduz oğlu Yarıyev yol keçmək istəyən zaman avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin koma vəziyyətində olduğu bildirilir.

Faktlabağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR