Cəlilabadda yanan bazarın görüntüləri yayıldı - VİDEO

OXUNUB: 747 HADİSƏ

Cəlilabad rayonundakı İran bazarında yanğın baş verib.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, ilkin ehtimala görə, hadisə cehiz əşyaları satılan hissədə qeydə alınıb.

15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanaraq kül olub. Nəticədə 1 nəfər xəsarət alıb, 1 nəfər isə tüstüdən zəhərlənib. Onlar Cəlilabad Rayon Xəstəxanasına çatdırılıblar. Alov Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

Yanğının səbəbi araşdırılır.

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

Cəlilabadda yanan bazarın görüntüləri yayıldı

RƏYLƏR