"Cəmiyyət Əli Kərimlinin bu cür uydurmalarının dəfələrlə şahidi olub" - Niyaməddin Orduxanlı

OXUNUB: 1135 GÜNDƏM SİYASƏT

Ölkədə ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Onlar mitinqlərdə 10 mindən çox adamın iştirak etdiyi desələr də, rəsmi qurumlar isə mitinqdə 3 dəfə az adamın iştirak etdiyini söyləyirlər. Tərəflərin verdikləri say arasında yaranan kəskin ziddiyət nədən qaynaqlanır?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, Milli Şuranın son mitinqində - polis mühafizə orqanlarının əməkdaşları, tum, salfetka, su satanlar, media işçiləri, Əli Kərimlinin və Milli Şuranın tərəfdarları, eləcə də sabiq millət vəkillərin qohumları daxil ümumilikdə 3-5 min arası adam iştirak edib: "Ümumiyyətlə, mitinqlərdə iştirak edənlərin sayının çox göstərilməsi Əli Kərimliyə xas olan xüsusiyyətdir. Mitinqdə 3 min adam varsa, ictimaiyyətə 15 min kimi təqdim edir. "Məhsul" stadionunun ümumi sahəsini götürək. Bura 15 min insanı necə yerləşdirmək olar? Bu mümkün deyil. Cəmiyyət Əli Kərimlinin bu cür uydurmalarının dəfələrlə şahidi olub. Bir daha qeyd edirəm ki, Milli Şuranın son mitinqində 3-5 min arası adam iştirak edib. Mitinqə yalnız Əli Kərimli və onun yaxın ətrafı, qohumları qatılır. Birtərəf və heç bir siyasi mənsubiyyəti olmayan insanlar radikal siyasətə və onun başında duranlara dəstək vermirlər”.

BNEWS.az

Anar CƏFƏROV


RƏYLƏR