Cənubi Koreya helikopteri Yapon dənizində qəzaya uğrayıb, yeddi nəfər itkin düşüb

OXUNUB: 644 DÜNYA
Cənubi Koreyaya məxsus yanğınsöndürmə helikopteri Yapon dənizi üzərində qəzaya uğrayıb. Helikopterin Seul və Tokio arasında mübahisə mövzusu olan Tokto adası yaxınlığında qəzaya uğraması nəticəsində 7 nəfər itkin düşüb.

Oktyabrın 31-də gecə qəzaya uğrayan, "Airbus" şirkətinin istehsalı olan EC225 helikopterində beş xilasedici və iki Cənubi Koreya vətəndaşı olub.   

Axtarış işlərinə onlarla gəmi və helikopter cəlb edilib.

RƏYLƏR