Cənubi Koreya ilk yerli kosmik raketini kosmosa göndərdi

OXUNUB: 87 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Nuri adlı ilk yerli raketini 2021-ci ilin oktyabrında buraxan, lakin raketi orbitə çıxara bilməyən Cənubi Koreya 8 aylıq fasilədən sonra ikinci buraxılış cəhdinə bu gün imza atıb. 200 ton ağırlığında və 47,2 metr uzunluğunda olduğu açıqlanan 6 mühərrikli və 3 pilləli raket yerli vaxtla saat 16.00-da paytaxt Seuldan təxminən 500 kilometr cənubda yerləşən Qoheung bölgəsindən kosmosa buraxılıb.

7NEWS.az

RƏYLƏR