Cənubi Koreya KXDR ilə rabitə xəttinin açılmasının tərəfdarıdır

OXUNUB: 866 DÜNYA

Cənubi Koreya KXDR ilə rabitə kanalının açılmasının lehinə çıxış edib. Ölkənin yeni prezidenti Mun Ce-inin siyasəti bir tərəfdən sanksiyaların tətbiqi, digər tərəfdən isə Phenyan ilə dialoqun yaradılmasından ibarətdir. 

Bu barədə "Reuters” məlumat yayıb. 

"Əsas mövqeyimiz ondan ibarətdir ki, Cənubi və Şimali Koreya arasında rabitə xətti açılmalıdır. Rabitə Nazirliyi daxili variantları nəzərdən keçirib, amma hələ heç bir qərar qəbul edilməyib”, - məlumatda deyilir. /oxu.az

İcmal.Az

RƏYLƏR