Cənubi Koreya prezidenti: "Kim Çen İn təhlükəli adam və ağılsız liderdir"

OXUNUB: 979 DÜNYA
Cənubi Koreyanın prezidenti Mun Çje İn Şimali Koreya lideri haqqında fikir bildirib.

Cənublu prezident Kim Çen ini çox təhlükəli adam və ağılsız lider adlandırıb.

Mun Çje İn deyib: "Amma o, Şimali Koreyanı effektli idarəetmə qabiliyyətinə sahib adamdır. Eyni zamanda o, Şimali Koreyanı nüvəsizləşdirmək səlahiyyətinə sahib adamdır".

Cənubi Koreya prezidenti iki dövlət arasında münasibətləri qaydasına qoymağa çalışır. Amma Pxenyanın yeni ballistik raket sınağı səbəbindən hələ ki, bu məsələ alınmır./olke.az
 
İcmal.Az

RƏYLƏR