Cənubi Koreyada Olimpiada start götürüb

OXUNUB: 1071 İDMAN

Bu gün Cənubi Koreyada Qış Olimpiya Oyunlarının ilk yarışları start götürüb.

 Pyanqçanq şəhərinin kerlinq mərkəzində dabl-mikstdə çıxış edən rusiyalı idmançılar ABŞ komandasına 3:9 hesabı ilə məğlub olub.

Bu gün, eyni zamanda, tramplindən tullanma üzrə yarış start götürür.  

Olimpiya Oyunlarının rəsmi açılış mərasimi fevralın 9-da keçiriləcək. Oyunlar fevralın 25-nə kimi davam edəcək. Pyanqçanqda keçirilən oyunlarda atletlər 102 medal uğrunda yarışacaq./oxu

İcmal.Az

RƏYLƏR