Cənubi Koreyanın kömür və qaz idxalı rekord həddə çatıb

OXUNUB: 233 Özəl DÜNYA

Cənubi Koreya məlumatları, qlobal enerji qiymətlərindəki kütləvi artım səbəbiylə 2022-ci ildə kömür və qazın qiymətinin rekord olduğunu göstərdi.

7NEWS.az xəbər verir ki, Cənubi Koreyanın kömür və təbii qaz idxal xərcləri qlobal enerji qiymətlərinin artması səbəbindən keçən il rekord həddə çatıb. 2022-ci ildə qaz idxalı pul ifadəsində 56,7 milyard dollara yüksəlib. Bu, ölkə hökumətinin müvafiq məlumatları izləməyə başladığı 1956-cı ildən bəri ən yüksək səviyyədir. 36,6 milyard dollarlıq əvvəlki rekord 2014-cü ildə bildirilmişdi.

Kömür idxalının dəyəri də on bir il əvvəl müəyyən edilmiş 18,3 milyard dollarlıq əvvəlki rekordu üstələyərək 28,1 milyard dollara çatıb.

Neft idxalı ötən il 105,8 milyard dollara yüksələrək, 2012-ci ildə müəyyən edilmiş 108,3 milyard dollarlıq əvvəlki rekorddan bir qədər geri qalıb.

7NEWS.az

RƏYLƏR