Cənubi Qafqazda əməkdaşlığın yeni formatını Azərbaycan,Türkiyə və Rusiya diqtə edir

OXUNUB: 490 SİYASƏT
15 iyun 2021-ci il arixdə  Azərbaycanla Türkiyə arasında  Müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalandıqdan sonar Azərbaycan Respublikasının Prezidenti İham Əliyev  və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan  mətbuata birgə bəyanatla çıxış etdilər.Birgə bəyanattda R.T.Ərdoğan deyirdi: "Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik.Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək.

Bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumuzdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq".

Bu bəyanat və Altılıq platforması əslində Azərbaycan ,Türkiyə və Rusiyanın regionda uzunmüddətli sülhü və əməkdaşlığı təbliğ və təşviq edən əsas təklif idi.15 iyundan keçən üç aydan çox bir müddət ərzində Azərbaycan ,Türkiyə və Rusiyadan bu əməkdaşlığın qurulması ilə əlaqqədar müntəzəm olaraq müəyyən fikirlər səslənsə də, Gürcüstanın müəyyən əsasları fonunda bölgənin böyük dövlətlərindən biri olan İranın susması təəccüb doğurur.

Azərbaycan Respublikasının Prezidenti bu il oktyabın 4-də Cəbrayılın işğaldan azad olmasının bir illiyi ilə əlaqədar təşkil olunmuş tədbirlərdə iştirakı zamanı, əhali ilə görüşlərdə bir daha bəyan etdi: "Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri biz də dəstəkləyirik. Hazırda regionda real praktik əməkdaşlıq çərçivələri müəyyən olunur.Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. "Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür.Yəni bizim üçün bu format kifayətdir: Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Ermənistan da bu formata qoşulacaq, çünki başqa yolu yoxdur". Kim istəyir qoşulsun, kim istəmir, özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda görüşlər zamanı daha irəli gedərək "dördlük formatı"- Azərbaycan - Türkiyə - Rusiya - Ermənistan formatı çərçivəsində yeni bir əməkdaşlıq formatı irəli sürdü: "Biz regionun gələcək inkişafı ilə bağlı əməkdaşlığa hazırıq. Bu yaxınlarda mən demişdim ki, Ermənistanın baş naziri ilə görüşməyə hazıram. O da demişdi ki, hazırdır. Yəni, bu nəyi göstərir? Bu, onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olunur.

Bəziləri, yəqin ki, bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik. Yəni, bizə bu format kifayətdir".

İndi söz Ermənistanındır . O istəsə də, istəməsə də bu formata qoşulacaqdır. Istəsə regiona inteqrasiya, tərəqqi, inkişaf və sülh daha tez və problemsiz gələcəkdir. İstəməsə bir az gecikəcək. Ancaq bundan Ermənistan heç nə udmayacaq,əksinə uduzacaq.

Ramiz  Göyüşov

RƏYLƏR