Cəsarət Hüseynzadə: Məqsəd süni şəkildə QHT-ləri bu prosesdən kənarlaşdırmaqdır

OXUNUB: 908 QHT
 Təhsil naziri Ceyhun Bayramov  Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb.  İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində  ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi  daşıyır.

Lakin İctimai Şuralara seçkilər ilə bağlı qaydalar ilə bağlı bəzi suallar meydana çıxıb.

Məsələyə ilk etiraz edən "İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai birliyinin sədri Cəsarət Hüseynzadə olub.

"Bu gün çox sevindik ki, daha bir nazirlik nəhayət ki, İctimai Şuranın yaradılması təşəbbüsü ilə çıxış edib. Lakin sevincimiz uzun çəkmədi.  Ictimai Şuranın yaradılması ilə bağlı qaydalarla tanış olduqda dəhşətə gəldim. Cənab prezident ictimai iştirakçılığın vacibliyini qeyd edir. Lakin bəzi strukturlar bu məsələdə əks mövqe tuturlar.

Təsəvvür edin ki, hər hansı QHT səsvermədə iştirak etmək üçün, təşkilat nümayəndəsi şəxsiyyət vəsiqəsini, QHT şəhadətnaməsini və nizamnaməsini notariat qaydasında təsdiq etməlidir. 

Bu, təqribən 25- 30 manat edir. Əgər seçkidə 100 QHT iştirak edəcəksə bu vəsait 2500-3000 manat civarında olacaq.  Bu günə kimi müxtəlif qurumlar İctimai Şuranın yaradılması ilə bağlı seçkilər keçirib. Heç bir qurumda bu hal baş verməyib. Məqsəd süni şəkildə QHT-ləri bu prosesdən kənarlaşdırmaqdır. Hesab edirəm bu qərar təcili dəyişdirilməlidir.”
 
İcmal.Az
 

RƏYLƏR