Ceyranbatanda su kanalı natəmiz yerə çevrilib: XIRDALANDA BİABIRÇILIQ (VİDEO)

OXUNUB: 3405 Özəl SOSİAL
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində su kanalı natəmiz yerə çevrilib. Suya atılan tullantılar qalaq-qalaq yığılıb və ətrafi üfunət basıb.
 
7NEWS.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki,  suvarma kanalı qəsəbənin içindən keçdiyindən, belə vəziyyət vətəndaşları ciddi narahat edir.

Ərazidə yaşayan sakinlər deyirlər ki, kimin əlinə nə keçirsə, bura atır. Fərdi yaşayış evlərinin çirkab suları da həmin suvarma kanalına axıdılır. Kanal vaxtı-vaxtında təmizlənmədiyindən ətrafı üfunət basır. Ən acınacaqlısı budur ki, kanal Ceyranbatan qəsəbəsinin içindən, evlərin və iaşə obyektlərinin bir metrliyindən keçir.

Vətəndaşlar kanalın vaxtında təmizlənməsini istəyirlər.

Kanala Abşeron Suvarma Sistemləri İdarəsi nəzarət edir. Amma məsələ ilə bağlı sözügedən qurum ilə əlaqə qurmaq cəhdləri baş tutmayıb.

RƏYLƏR