"Ciddi danışıqların başlanmasının vaxtıdır" — Amerikalı həmsədr

OXUNUB: 1007 SİYASƏT
"Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının vaxtıdır".


İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri "Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

 
"İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır. Moskvada aprelin 28-də keçirilən görüş müsbətdir. Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Biz həmsədrlər olaraq çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq”, - deyə o söyləyib.
 
İcmal.Az

RƏYLƏR