“CinemaPlus”da dahi lider haqqında film nümayiş olunacaq

OXUNUB: 982 SİYASƏT

Azərbaycanın premium kinoteatrı "CinemaPlus Ganjlik Mall”da Ümummilli lider Heydər Əliyevin 94 illik yubileyi münasibətilə "Tale” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.   

İcmal.Az xəbər verir ki, "Tale” filmi Vaqif Mustafayevin dahi lider haqqında çəkdiyi beşinci filmdir.

Filmdə 1985-1993-cü illərdə Prezidentin həyatında baş vermiş hadisələr əks olunur. Heydər Əliyev özü həyatının çətin illəri haqqında danışır.

Film 10 may saat 11:00-da nümayiş olunacaq. Giriş sərbəstdir.

 

İcmal.Az

RƏYLƏR