"Coca-Cola"nın içindən siçan leşi çıxdı (VİDEO)

OXUNUB: 765 Özəl HADİSƏ
Dünyanın ən böyük spirtsiz içki istehsalçısı sayılan "Coca-Cola" şirkəti böyük qalmaqalla üzləşib.

Fransada günorta yeməyi zamanı pizza ilə kola içən şəxs həyatının şokunu yaşayıb.

Hadisə martın 7-də  ölkənin şimalındakı Varenne-sur-Seine qəsəbəsində baş verib. Belə ki, 34 yaşlı Damien adlı şəxsin içdiyi kolanın içindən ölmüş siçan leşi çıxıb.

Fransanın nüfuzlu "Le Parisien" qəzetinə açıqlama verən zərərçəkən bunları deyib:

"İstehsalçı şirkətə etirazımı bildirdim. Dedilər ki, siçanın istehsal zamanı kola qutusuna düşmək ehtimalı yoxdur. Şirkət məndən tələb etdi ki, məsələni araşdırmaq üçün kola qutusunu onlara verim. Amma bununla razılaşmadım. Çünki əlimdəki tək sübutumdur...!"

Qeyd edəki, Damien zəhərlənmə ehtimalına qarşı xəstəxanada həkim nəzarətində saxlanılır. /EkoNews 




İcmal.Az

RƏYLƏR