Cüdoçumuz Azərbaycana ilk qızıl medalı qazandırdı

OXUNUB: 881 İDMAN

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib. Oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

İcmal.Az xəbər verir ki,Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb.

Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb.

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.

 

İcmal.Az

RƏYLƏR