CV yarat platformasında ümumilikdə 32 669 nəfər qeydiyyatdan keçib

OXUNUB: 541 Özəl SOSİAL
7NEWS.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılan www.cvyarat.az  platformasına müraciətlərin sayı artmaqda davam edir.
 
Cari ilin ötən dövrü ərzində platformada 27 463 şəxs qeydiyyatdan keçib və 13 753 nəfər platforma üzərindən CV tərtib edib.
 
Ötən ildən etibarən istifadədə olan sistemdə ümumilikdə 32 669 nəfər qeydiyyatdan keçib.
 
Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd vahid və etibarlı CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır.
 
İstifadəçilər  www.cvyarat.az  portalında qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatları, təhsil barədə məlumatları, iş təcrübəsini və peşəkar CV üçün önəmli digər məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilirlər.
 
Platformadan istifadə ödənişsizdir.
 
Üç addım ilə öz CV-ni yarat!

RƏYLƏR