CVN TV - də kütləvi istefalar: Ülviraya görə işdən çıxdılar - TƏFƏRRÜAT

OXUNUB: 2129 ŞOU-BİZNES
Axşam.az-ın məlumatına görə, bu haqda kanalın əməkdaşı Günel Xəzəl sosial şəbəkədə yazıb. O, işçilərin kanalın baş prodüseri Ülvira Qarayevaya görə belə addım atdıqlarını bildirib:"Mən də daxil olmaqla səkkiz nəfər dünən işdən çıxdıq. Daha dözə bilmədik. 14 dekabr tarixindən CVN televiziyasının 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk edib.
Buna səbəb baş prodüser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub. Oxşar səbəblərə görə, bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib".

 
7News.Az

RƏYLƏR