Daha 2 idmançımız uşu yarışlarında qələbə qazandı

OXUNUB: 912 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilər arasında keçirilən uşu yarışlarında daha 2 idmançımız yarımfinala vəsiqə qazanıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz Pərviz Abdullayev (75 kq) səkkizdəbir finalda Türkmənistan idmançısı Rehmet Ovezberdiyev ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn idmançımız İslamiadanın dörddəbir final mərhələsinə çıxıb.

Yarışlarda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Orxan Hətəmov da ilk görüşünü qələbə ilə başa vurub. Dörddəbir finalda idmançımız İordaniya təmsilçisi Ammar Alşami ilə görüşdə 2:0 hesabla qələbə qazanaraq yarımfinala çıxıb.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR