Daha bir azərbaycanlı ifaçı mahnısına görə həbs edildi (VİDEO)

OXUNUB: 1215 ŞOU-BİZNES
Sosial şəbəkələrdə "Rüzgar" ləqəbi ilə tanınan reper Aydın Hüseynov həbs olunub.

7NEWS.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun "Mal mal” adlı mahnısıdır.

"Rüzgar" Sumqayıt Şəhəri Baş Polis İdarəsi tərəfindən ötən gün həbs edilib.

Reperə ifa etdiyi mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası veriblər.
Bu barədə məlumatı ifaçının prodüseri Orxan saytımıza açıqlamasında təsdiqləyib.

Onu da bildirək ki, ötən günlərdə "Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan "Vüqar Səda” ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.

RƏYLƏR