Daha bir deputatın əmlaklarının siyahısı yayıldı — Otellər, restoranlar, villalar, şirkətlər...

OXUNUB: 618 HADİSƏ
Milli Məclisin daha bir deputatının sahib olduğu iddia edilən sərvətlərin siyahısı yayılıb. 

Sosial şəbəkələrdə yayılan siyahlıda sözügedən əmlakların Milli Məclisin 78 saylı Lerik seçki dairəsindən seçilmiş deputatı İqbal Məmmədova məxsus olduğu iddia olunur.  

Sözügedən iddialarla bağlı dəqiqləşdirmə aparmaq üçün millət vəkilinin özü ilə əlaqə saxlamağa çalışdıq. İqbal Məmmədovun mobil telefon nömrəsini dəfələrlə zəng etsək də, zəngimizə cavab vermədi. 

Həmin siyahını təqdim edirik:


1. "Kaspi Yıldız" şirkətlər qrupu (otellər, restoranlar),
2. "Relax" şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura daxildir),
3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma,
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi,
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən zorla aldığı 60 sot torpaq,
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır),
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil, 
8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm" şirkəti),
9. Tibbi yardım çantalarının ("apteçka") biznesi (Azərtürkmm" şirkəti), 
10. Lerik rayonunda donuz ferması,
11. Lerik rayonunda dəvəquşu ferması, 
12. "Piran broyler" şirkəti (qardaşı Çingiz idarə edir), 
13. Piran kənində şebel və kərpic fabrikləri, 
14. Şüvəlan və Novxanıda villa,
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər, 
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər, 
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda villalar və sairə.../Demokrat.az
 
İcmal.Az

RƏYLƏR