Daha bir erməni həyasızlığı — İsrail ərəbləri Ermənistandan saxta stomatoloq və həkim

OXUNUB: 901 DÜNYA
İsraildə yaşayan ərəblər Ermənistandan saxta stomatoloq və həkim diplomları alırlar.


İsrail polisi ölkənin səhiyyə nazirliyinin şikayəti əsasında hərəkətə keçib. Şikayətə əsasən, israilli tələbələr Ermənistanda saxta tibb diplomları alırlar. Bu barədə nüfuzlu "The Marker" nəşri xəbər yayıb.
 
Bildirilir ki, tanınmış universitetlərdə təhsil ala bilməyən İsrail ərəbləri təhsillərini İrəvanda başa vururlar. İsrailin ərəb sektorunun stomatoloqlar assosiasiyasının sədri Pxari Həsən bildirib ki, İordaniya, Almaniya və İtaliyada tibb üzrə təhsil alan, birinci və ikinci tədris ilini başa vura bilməyən ərəb tələbələri tapan agentlər var.
 
Uğursuz tələbələrə agentlər Ermənistana köçməyi təklif edirlər. Bu zaman yerli universitetlərdə oxumaq, qalmaq və yemək də daxil edilir. Müxtəlif məlumatlara əsasən, söhbət 10 min avrodan gedir.
 
Tələbələr Ermənistana gedir, burada onu şəbəkənin nümayəndəsi ərəb qarşılayır. Tələbələr daxil olduqları ali təhsil ocağında kəsildikləri fənnlərdən imtahan vermirlər. Birbaşa 2 və ya 3-cü kursdan təhsilə başlayırlar. Hələ ki, bu tələbələrin ümumiyyətlə təhsil aldıqları və universitetə gedib-gəldikləri barədə məlumat yoxdur.
 
Bu xəbərlərdən sonra İsrailin səhiyyə nazirliyi artıq bir ildən artıqdır ki, Ermənistandan qayıdan yüzlərlə tələbənin diplomunu qəbul etmir. Bundan başqa nazirlik Ermənistanda təhsil almaq istəyən tələbələrə xəbərdarlıq edib ki, onların diplomu İsraildə tanınmayacaq./olke.az
 

İcmal.Az

RƏYLƏR