Daha bir güləşçimiz vaxtından əvvəl qalib gəldi - Bakı-2017

OXUNUB: 938 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, idmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib.

Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib - 11:1.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR