Daha bir ölkə Qüdsdə səfirlik açdı

OXUNUB: 122 DÜNYA

Mayın 16-da - ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən iki gün sonra bu şəhərdə Qvatemala səfirliyinin açılış mərasimi baş tutub.

İcmal.Az "İnterfax”a istinadla xəbər verir ki, Qüdsün qərb hissəsində yerləşən yeni səfirliyin açılış mərasimində İsrailin baş naziri Binyamin Netanyahu və Qvatemala prezidenti Cimmi Morales iştirak ediblər. 

Mərasim zamanı Netanyahu Qvatemalanın 70 il bundan öncə ABŞ-dan sonra İsraili müstəqil dövlət kimi tanıyan ikinci ölkə olduğunu qeyd edib.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}