Daha bir radikal dini sekta Ceyhun Bayramovun xeyir-duası ilə təhsil sektoruna girib - İDDİA

OXUNUB: 1616 GÜNDƏM Özəl Seçilmiş
İcmal.Az xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət məlumat verib. Onun sözlərinə görə zamanında nurçularla bağlı verdiyi həyacan təbili vaxtında eşidilmədiyi üçün sonradan ciddi problemlərə yol açdı. Müraciəti olduğu kimi təqdim edirik.
 
 "Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də məlumat vermişdim. Hətta çağırmışdılar, söhbət də etmişdik. Ümidim yaranmışdı ki, nəsə edəcəklər. Etmədilər, üstəlik o sektanın daha da əl-qol açmasına şərait yaratdılar. Söhbət qlobal səviyyəli fırıldaqçı Sathya Sainin uzantılarının Azərbaycan təhsilinə soxulmasından gedir. Bu sekta artıq rahat bir şəkildə "humanist pedaqogika" adı altında birbaşa təhsil naziri əvəzi Ceyhun Bayramovun da xeyir-duasıyla ölkənin təhsil sistemini işğal etməkdədir. Həyəcan təbili çalıram! 1995-ci ildə fətullahçılarla bağlı həyəcan təbili çalmışdım. Eşidilməmişdim və illər sonra haqq yerini tutdu. Ona görə də nə qədər gec deyil, bu Satya Sai və onun beynəlxalq səviyyəli əllaməsi Amanaşvilini Azərbaycana dadandıran təhsil dəllallarına qarşı tədbir görülməlidir! Məsələylə bağlı şəxsən cənab Prezidentə müraciət etməkdən başqa yol görmürəm! Azərbaycan bir sekta tərəfindən işğal edilir! Dövlət Təhlükəsizliyi Xidmətinin də hərəkətə keçməsinə əşhədü ehtiyac var."
 
 
İcmal.Az

RƏYLƏR