Daha bir Səudiyyə şahzadəsi öldürüldü

OXUNUB: 698 DÜNYA

Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə Komitəsinin araşdırmaları zamanı barəsində həbs qərarı çıxarılan şahzadə Əbdüləziz ibn Fəhd öldürülüb.

 Şahzadə mühafizəçiləri ilə birlikdə təhlükəsizlik qüvvələrinə atəş açıb.

Daha sonra polis ilə şahzadənin tərəfdarları arasında silahlı insident yaşanıb. İnsident zamanı şahzadə aldığı güllə yarasından hadisə yerində ölüb.

Qeyd edək ki, Fəhd 2005-ci ildə 82 yaşında dünyasını dəyişən kral Fəhdin ən sevimli oğlu olub.

Dünən Səudiyyə Ərəbistanının şahzadəsi Mənsur bin Mukrin Yəməndəki husilər tərəfindən atılan raket nəticəsində həlak olmuşdu./teleqraf.com

İcmal.Az
 

RƏYLƏR