Bakıda dəhşətli yanğın: zəhərlənənlər var - VİDEO + YENİLƏNİB

OXUNUB: 42 HADİSƏ

Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub. 

Bu barədə FHN məlumat yayıb.

09:43

"Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib. 

Ticarət mərkəzi yararsız hala düşüb.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb.

Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.


08:58

Bakının Nizami rayonunda, 8-ci kilometr adlanan ərazidə güclü yanğın başlayıb.

Yanğın ərazidəki "Diqlas” ticarət mərkəzində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, "112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək./oxu

 

 

İcmal.Az

RƏYLƏR