Daha bir təyyarə qəzası: 66 ölü – YENİLƏNİB

OXUNUB: 841 HADİSƏ

"Aseman Airlines” aviaşirkətinin nümayəndəsi bildirib ki, ATR 72-500 təyyarasənin qəzaya uğraması zamanı göyərtədə olanların hamısı ölüb.

BNEWS.az-ın xəbərinə görə, bu barədə Tasnim agentliyi məlumat yayıb.

"Təəsüflər olsun ki, təyyaradə olan bütün sərnişinlər və ekipaj üzvləri ölüb”, - şirkətini nümayəndəsi deyib.

Onun sözlərinə görə, təyyarədə 60 sərnişin, iki stüardessa, iki mühafiuzəçi, həmçinin pilot və onun köməkçisi olub.

11:55

İranın İsfahan vilayətində göyərtəsində 60 nəfər olan sərnişin təyyarəsi qəzaya uğrayıb.

BNEWS.az-ın xəbərinə görə, bu barədə Tasnim agentliyi İranın Fövqəladə Hallar Mərkəzinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına əsasən, təyyarə Tehran-Yasuc reysini yerinə yetirirdi.

Qeyd olunur ki, bir neçə nəfər sağ qala bilər.


RƏYLƏR