Daha heç kim qızları zorlaya bilməyəcək – MÜDHİŞ İXTİRA

OXUNUB: 1170 MARAQLI
ABŞ-ın Florida ştatında yaşayan və lisey şagirdi olan üç qız təcavüz hadisələrini azaltmaq üçün bir ixtiraya imza atıblar.

Şagirlərin hazırladığı xüsusi pipet içkiyə həb və ya narkotik qatılıb-qatılmadığını öyrənməyə kömək edəcək.
Dərman qatılan içkiyə salınan pipetin yuxarı hissəsində zolaqlar meydana çıxır. Əgər içkinin içində narkotik olarsa, lent A hərfini, əks halda B hərfini göstərir.
ABŞ-da qeydə alınan statistikaya görə, təcavüz hadisələrinin əksəriyyətinin iştirakçıları bir-birinə yaxın insanlar, yaxud da sevgililər olur. Təcavüzdən əvvəl isə içkiyə həb və ya narkotik qatılmasına isə tez-tez təsadüf edilir.

Şagirdlər ixtiranın patentini almaq üçün işə başlayıb./big
 
İcmal.Az

RƏYLƏR