“Dalğa Arena” üçün avtobuslar ayrıldı

OXUNUB: 897 SOSİAL

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yeləşən "Dalğa Arena"da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Agentlikdən İcmal.Az-a daxil olan xəbərə görə, bunun üçün 18.05.2017 tarixində Bakı Nəqliyyat Agentliyinin ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun "Koroğlu" stansiyasının qarşısından "Dalğa Arena"ya eləcə də əks istiqamətdə hərəkət edəcək.

Həmçinin yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun "Neftçilər" stansiyasından "Dalğa Arena" (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq.

İcmal.Az

RƏYLƏR