Daşkəsən sakini içkinin təsiri altında qonşusunu bıçaqladı

OXUNUB: 390 HADİSƏ

Daşkəsən  sakini qonşusunu bıçaqlayıb. 7NEWS.az-ın  bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun özündə baş verib.1964-cü il təvəllüdlü İqbal Museyib oğlu İsmayılov qonaq getdiyi qonşusunun evində bədəninin 4 nahiyyəsindən bıçaqlanıb. Ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılan 57 yaşlı şəxs əməliyyat edilib. İlkin məlumata görə İ.İsmayılov qonşusunun evinə gedib.Yeyib içdikdən sonra mübahisə düşüb və sonuncu bıçaqlanıb.Hazırda yaralının vəziyyəti orta ağırıdr. Faktla bağlı araşdırma aparılır

RƏYLƏR