Daşqın Şikarov İkinci Dünya Müharibəsinin ildönümünə həsr olunmuş tədbirdə çıxış edib - DUBAYDA

OXUNUB: 612 SİYASƏT
Səfir Daşqın Şikarov Dubay şəhərində İkinci Dünya Müharibəsində qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış etmişdir, bu barədə 7NEWS.az-a səfirlikdən məlumat verilib.

Rusiya Federasiyasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi tərəfindən keçmiş SSRİ ölkələrinin BƏƏ-dəki diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, diaspor üzvləri, BƏƏ ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Daşqın Şikarov Azərbaycanın müharibədə oynadığı vacib roldan, 700 min azərbaycanlının müharibədə iştirak etməsindən və onların yarısının həlak olmasından, sovet ordusunun texnikasının 80% yanacağının Bakı neft ilə təmin olunmasından, müharibə zamanı 416-cı diviziyanın, leytenant Rəşid Məcidovun qəhrəmanlığından, azərbaycanlıların partizan döyüşlərində şücaətlərindən danışmışdır.

Səfir qələbə gününə ümummilli lider Heydər Əliyev tərəfindən yüksək önəm verildiyini, bunun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, Dövlət başçısının hər il qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak etdiyini və veteranlarla görüşdüyünü də bildirmişdir.

Tədbirdə Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov da iştirak etmişdir.












RƏYLƏR