"Davam" "İnkişafın Mərkəzi Buradır!" adlı tədbir keçirib

OXUNUB: 503 QHT

14 sentyabr tarixində Bakı Atıcılıq Mərkəzində Davamlı İnkişaf Mərkəzinin yarımillik fəaliyyətinin tamam olması münasibətilə hesabat tədbiri baş tutub. Tədbirdə millət vəkili Vüqar İskəndərov, 
Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Bakı Atıcılıq Mərkəzinin direktoru Əjdər Abbasov, meneceri İlkin Tahirov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə Heyətinin üzvü Rasul Çunayev, hərəkatın katibliyi və davamçı gənclər iştirak edib. 

Aktyor Səfa Mehdinin aparıcılığı ilə baş tutan ikihissəli tədbirin birinci hissəsində qonaqlar - millət vəkili Vüqar İskəndərov, 
Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov və "Davam”-ın sədri Nihad Allahyarlı hərəkatın fəaliyyəti, klubların gördüyü işlərlə bağlı öz fikirlərini gənclərlə bölüşüblər, daha sonra Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev mərkəzin 6 ay ərzində gördüyü işlər barəsində məlumat verib və mərkəz tərəfindən hazırlanan videoçarx nümayiş olunub. 

Tədbirin ikinci hissəsi DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında davam edib. 

Qeyd edək ki, Davamlı İnkişaf Mərkəzi "Davam" Gənclər Hərəkatı daxilində fəaliyyət göstərən müxtəlif istiqamətli klubları özündə birləşdirən çətir struktur vahididir. Mərkəz yarımillik fəaliyyəti dövründə hərəkata üzv olan 2500-dən çox gənci əhatə edən 100-dən çox tədbir, görüş, təlim, səfər, fləşmob həyata keçirib.
 
 
 

RƏYLƏR