“Davam” ümumrespublika ağacəkmə aksiyası həyata keçirib

OXUNUB: 149 QHT
24 dekabr 2020-ci il tarixində "Davam” Gənclər Hərəkatı "Biz birlikdə güclüyük” devizi altında Vətən uğrunda canından keçən 2802 şəhidimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ümumrespublika ağacəkmə aksiyasına start verib.
Davamçı könüllülərin iştirak etdiyi aksiya Qaradağ, Qobustan, Şəmkir və Ucar Gənclər Evlərinin dəstəyi ilə 4 rayon üzrə 10 fərqli məntəqədə baş tutub. Hər məntəqədə 59 ağac olmaqla ümumilikdə ölkə ərazisində 590 ağac əkilib. 3 gün ərzində davam edəcək aksiya çərçivəsində ümumilikdə 2802 ağac əkilməsi nəzərdə tutulub.
Səhər 11:30-da Qobustan rayonundan start götürən aksiyada Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, "Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Hərəkatın İdarə Heyətinin üzvü Rasul Çunayev və Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev iştirak edib.
12:00 – 15:00 saatları aralığında Şəmkir rayonunda Şəmkir Gənclər Evinin direktoru İlkin Musayevin, Ucar rayonunda isə Ucar Gənclər Evinin direktoru Elamin Dibirovun iştirakı ilə davamçı könüllülərlə birlikdə aksiya davam edib.
Yekun olaraq 15:00 – 16:00 saatları aralığında Qaradağ rayonunda aksiyanın son mərhələsi baş tutub. Aksiyada Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavinləri Emil Abbasov, Nadir Muradov, "Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvləri Natiq Mehdiyev, Sabir Rüstəmov və Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov iştirak edib.
 

RƏYLƏR