DAX-ın Sumqayıtdakı rəisi Əhməd Rüstəmovla bağlı biabırçı videolar yayıldı - CİNAYƏTİ İFŞA OLUNDU

OXUNUB: 3415 Özəl Seçilmiş Önəmli HADİSƏ

Dövlət məmuru Əhməd Rüstəmovun və onun "quldur dəstəsinin” 134 saylı marşrut xəttinə qarşı "ərazi davası” davam edir.

"Mənim ərazim” deməklə Abşeron yarımadasının bir hissəsini "özəlləşdirmiş” Dövlət Avtomobil Xidmətinin 8 saylı Sumqayıt reqional ərazi idarəsinin rəisi Əhməd Rüstəmov Bakı şəhərinin inzibati ərazisində 134 saylı marşrut xəttində işləyən avtobuslara qarşı apardığı "soyqırım” siyasəti hələ də davam etməkdədir. 21 yanvar 2018-ci il tarixdən bu günə qədər Əhməd Rüstəmovun rəhbərlik etdiyi "quldur dəstəsi” bu marşrutda işləyən avtobusları saxlayaraq sürücülərin əlindən alaraq sərnişindaşımadan kənarlaşdirmışdır və onları Bakı Beynəlxalq Avtovağzalının ərazisindəki dayanacaqda həbsdə saxlayırlar. Avtobusların cərimə meydançasına nə vaxt və hansı səbəbdən qoyulması barədə heç bir sənəd vermirlər, "quldur dəstəsi”nin üzvüləri şifahi olaraq bildirirlər ki, bu rəisimiz Əhməd Rüstəmovun tapşırığıdır. Maraqlıdır, əgər adı bir vətəndaş küçədə başqasının əmlakını (hər hansı bir əşyasını) əlindən almaqla əmlak sahibini ondan istifadədən məhrum edərək maddi ziyan vursaydı bu zaman həmin şəxsəquldurluqmaddəsi ilə cinayət işi açılardı. Ən acınacaqlısı isə odur ki, eyni hərəkətlərə gorə (nəqliyyat vasitələrini qanunsuz olaraq cərımə medançasına yerləşdirməklə sahibkarı əmlakından məhrum etmək və külli miqdarda maddi ziyan vurmaq) dövlət məmuru Əhməd Rüstəmova və onun "quldur dəstəsinin” üzvülərinə "ğözün üstə qaşın var” deyən və barələrində hər hansı bir tədbir görən yoxdur. Əhməd Rüstəmov bu qanunazidd hərəkətləri törətməyə başlayan günü 102 xidmətinə müraciətimiz də bu günə qədər nəticəsiz qalır.

Bizə edilən müraciətləri nəzərə alaraq "GoMap” portalında araşdırma apardıq və məlum oldu ku, Əhməd Rüstəmov və onun "qoçu dəstəsinin” 134 saylı marşrut xəttinin avtobuslarına qarşı soyqırım apardığı ərazinin və ümumiyyətlə bu marşrutun getdiyi yolların 8 saylı Sumqayıt reqional ərazi idarəsinin xidmət sahəsinə heç bir aidiyyatı yoxdur.

Bu marşrutun hərəkət sxemi Bakı şəhərinin inzibati ərazisindəki yollardır. Eyni zamanda müəyyən etdik ki, Əhməd Rüstəmovun havadarlıq etdiyi, yüksək vəzifəli məmur həmkarı olan Cabbar Nəzərova məxsus, Goradil-Mehdiabad- Binəqədi(mərkəz)- Xirdalan dairəsi (Baş DYPİ)- Xırdalan ictiqamətində işləyən 592 saylı marşrut xəttinin sxeminin əsas hissəsi(Mehdiabad- Binəqədi(mərkəz)-Xirdalan dairəsi (Baş DYPİ)Bakı şəhərinin inzibati ərazisindən keçir və buna görə onlarla heç bir ərazi davası edən yoxdur. Bəlkə onlardan bu xəttin(Mehdiabad- Novxanı-Masazır- Xirdalan)sxemi üzrə hərəkət etmələri tələb edilsə onlar səhvlərini başa düşərlər ? Əyinlərindəki geyimlərində dövlət gerbi daşıyan, dövlətin sahibkarlığın inkişafina göstərdiyi qayğının əksinə çıxan, vətəndaşları mövcud qanunlardan narazı salan, Nazirlər Kabineti yanında fəaliyyət göstərən dövlət qurumunun verdiyi rəsmi sənədı və qərarı saymayan, ərazi davası edən, xidmət ərazisinə aid olmayan ərazidə özbaşnalıq edən 8 saylı Sumqayıt reqional ərazi idarəsinin məmurlarının hərəkətlərinə nə ad vermək olar???

Əminik ki, haqq və ədalət öz yerini tapacaq, özbaşnalığa yol verən məmurlar Əhməd Rüstəmov, Cabbar Nəzərov və onların əlaltıları layiqli cəzalarını alacaqlar.

Redaksiyamıza Dövlət Avtomobil Xidmətinin 8 saylı Sumqayıt reqional ərazi idarəsinin rəisi Əhməd Rüstəmovla bağlı daxil olan şəxsi neqativ məlumatları dəqiqləşdirdikdən sonra yaxın günlərdə saytımızda dərc edəcəyimizlə bağlı anons vermişdik.

Bu yazıdan sonra redaksiyamıza Əhməd Rüstəmovun özbaşınalığını ifşa edən videolar daxil olub. Heç bir şərh vermədən videoları təqdim edirik.

İCMAL.az








RƏYLƏR