Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub

OXUNUB: 604 index-manşet SOSİAL

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. 

Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib. 

S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 

2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.  

DİN-in Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər. 

 

 

İcmal.Az

RƏYLƏR