“Dayı”dan DƏHŞƏTLİ ƏMƏL: 5 yaşlı qızı saatlarla zorladı - TƏFƏRRÜAT

OXUNUB: 768 HADİSƏ

Bir ay əvvəl Rusiyanın Saratov vilayətinin ciddi rejimli koloniyalarından birində cəzasını tamamlayaraq Moskvaətrafına qayıdan kişi azyaşlı qızı oyuncaqla aldadaraq beş saatdan çox müddətdə zorlayıb.

İcmal.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə iyulun 12-də axşam saatlarında baş verib.

31 yaşlı kişi hadisə baş verən gün köhnə tanışı - yerli əyyaşın evinə gedir və onlar içməyə qərar verirlər. Orada içki yoldaşının qonşusunun uşaqlarını - yeddi yaşlı oğlanı və beş yaşlı qızı görür. O əlverişli anı gözləməyə başlayır. Nəhayət, qız öz qardaşı ilə küçədə gəzməyə çıxır. Oğlan bacısından aralandığı vaxt pedofil qıza oyuncaq göstərir və ona özü ilə oynamaq üçün evinə getməyi təklif edir. Qız yad adamın arxasınca düşür.

Böyük qardaş evə bacısız gəldikdə ananın çağırışı ilə bütün qonşular onu axtarmağa başlayırlar. Onlardan biri qızı həmin kişiylə görmüşdü. Polislər onun mənzilinə girirlər. Pedofil çılpaq vəziyyətdə və qan içində uzanırdı, azyaşlı isə şok vəziyyətində idi.

Evə toplaşan insanlar cinayətkarı linç etmək istəyirdilər, amma polislər onu bölməyə, zərərçəkəni isə psixoloqların yanına çatdırırlar. Qız indi danışır ki, daha "dayılara” inanmayacaq.

İcmal.Az

RƏYLƏR