Dayısı oğlunun köləsinə çevrilən qızın sonu: 13 yaşında ana oldu və... - VİDEO

OXUNUB: 629 MARAQLI
Türkiyənin Diyarbəkir vilayətində iki uşaq anası olan 18 yaşlı Pelda yaşadığı evdə ölü vəziyyətdə tapılıb.

Baş verən hadisənin təfərrüatları məlum olub.
Belə ki, Peldanın bir müddət əvvəl tanımadığı bir kişi tərəfindən narahat edildiyi bildirilir. 
Həyat yoldaşı Hüseyn ifadəsində bunları deyib:

”Peldadan şübhələnirdim. Ağlıma min cür fikirlər gəlirdi. Həyat yoldaşımını həmin adamla telefonla danışdığını hiss etmişdim. Əmin olmaq üçün mobil operatorun müştəri xidmətləri mərkəzinə müraciət etmək qərarına gəldim. Məqsədim danışıqların siyahısını əldə etmək idi. Peldaya da demişdim ki, əgər sən zəng etməmisənsə, heç bir problem yoxdur, bunun əksi olarsa səni ananın evinə göndərəcəyəm. Amma evə qayıdanda Peldanı qanlar içərisində döşəmədə ölmüş vəziyyətdə gördüm.”

Cəsədin ekspertizası zamanı ayaq nahiyəsində güllə izləri də tapılıb. 
Şübhəli şəxs qismində Hüseyn və onun qardaşı həbs olunub. 

Qadının intihar etdiyi bildirilsə də, qonşuların ifadəsi hər şeyi dəyişdirdiyi üçün faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Pelda 12 yaşı olarkən dayısı oğlu Hüseyn tərəfindən qaçırılıb. Bir ildən sonra isə o, artıq ana idi.

mənbə: xeberle.com

 

İcmal.Az

RƏYLƏR