DƏHŞƏTLİ CİNAYƏT: 26 yaşlı GƏNCİN AĞZINI KƏSDİLƏR - CİNAYƏT İŞİ AÇILMADI

OXUNUB: 1043 HADİSƏ
Göyçay rayonunda 26 yaşlı gənc Rəşadət Kərimovun ağzı bıçaqla kəsilib.

Bu barədə BiG.AZ-a danışan bıçaqlanan gəncin atası Mais Həmidov bildirib. O qeyd edib ki, hadisə martın 1-i saat 19:30-da qonşuları Rəşadət Kərimov tərəfindən törədilib:

"Aralarındakı dava nəticəsində Rəşadət Kərimov üzərindəki divar kağızının kəsilməsi üçün istifadə olunan bıcaqla oğluma xəsarət yetirib. Oğlumun ağzına Göyçay Mərkəzi Rayon Xəstəxanasında 28 tikiş vurulub. Hadisə evimdən 100 metr uzaqlıqda baş verib. Belə ki, Rəşadət Kərimov tərəfindən mənim balaca oğlum da döyülüb. Aralarındakı mübahisə böyüyərək bu vəziyyətə çatdı. Bununla bağlı Göyçay rayon Polis Bölməsinə müraciət etsək də hələ də cinayət işi açılmayıb.Təsəvvür edin 85 gündür bu hadisə baş verib. Amma Rəşadət Kərimov hələ də törətdiyi əməllərinin cəzasını almayıb. Heç düzgün ekspertiza da olunmadı. Mən bununla bağlı cənab prezidentimiz İlham Əliyevə də müraciət etmişəm. Oğluma qarşı bu vəhşiliyi törədən insanın tezliklə cəzalandırılmasını istəyirəm".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

İcmal.Az

RƏYLƏR