Dəhşətli qətlin betonla örtülmüş sirri 10 il sonra açıldı

OXUNUB: 801 DÜNYA
Adanada qətldə təqsirləndirilən 14 nəfərin mühakiməsinə başlanılıb.

Onlar 10 il əvvəl Gülşen Yüksel (28) və oğlan tanışı Oğuzhan Ekincini (24)  öldürməkdə şübhəli bilinirlər.

Mühakimə olunanların arasında Gülşenin 3 qardaşı da var.

Böyük qardaş Cengiz Yüksel Ekincini öldürdüyü ittihamlarını qəbul etməyib. İddia üzərinə məhkəməyə heyəti, o zaman Gülşen Yükselin gələn prosesə gətirilməsini istəyib. Oğuzhan Ekincinin cəsədi şübhəlilərdən Bülent Akyüzün yeri deməsindən sonra Mersinin Silifke Mahalındakı dağlıq ərazidə basdırılmış halda tapılıb. Üzərinə beton tökülərək izi itirməyə çalışılan cəsəd ekspertiza əməkdaşları tərəfindən həmin yerdən çıxarılıb.

2007-ci ildə anasına aid bərbərdə çalışan Oğuzhan Ekinci müştəri olaraq gələn Gülşen Yüksel ilə tanış olub. Cütlük arasında eşqa macəraları yaşansa da, qızın qardaşları bu əlaqəni təsdiqləməyiblər. Təzyiqlərə baxmayaraq evlənmək istədiklərini söyləyən Ekinci ilə Yüksel qəfil yoxa çıxıblar. Hadisə ilə əlaqədar istintaq başladan polislər Oğuzhan Ekinci ilə Gülşen Yükseli tapa bilməyiblər.

Qızın böyük qardaşları Cengiz (53), Məhəmməd Əli (47) və Bülent Yüksel (49) ilə 7 yoldaşı həbs olunarkən 4 şübhəli şərti azadlığa buraxılıb. Edilən araşdırmada özəl bir universitetdə tələbə olan Gülşen Yükselin dərslərinə davam etmədiyi, əhalinin qeydiyyat siyahısında ünvanının göstərilmədiyi və 10 ildən bəri də səhiyyə xidmətlərindən yararlanmadığı ortaya çıxıb. Prokuror Gülşen Yükselin də böyük qardaşları tərəfindən öldürülüb, cəsədinin müəyyən üsullarla yox edildiyini qeyd edib.

Məhkəmə sədrinin Gülşen Yükselin harada olduğunu soruşduqdan sonra Çingiz Yüksel bacısının yaşadığını ifadə edərək: "Bacımı niyə öldürüm? Namussuzluq etməyib mənim bacım, bacıma qarşı namussuzluq edilib. Bacımın ölmədiyini ailədən bilən yoxdur. Telefonunu əlindən aldım. Başımıza nə gəlirsə, bu virtual mühitə görə gəlir. Özü gələndə hər şeyi izah edəcək ", - deyib.

Məhkəmə təxirə salınıb.
 
İcmal.Az

RƏYLƏR